Azərbaycan prezidenti İlham Əliyev Ağstafa rayonunun Böyük Kəsik–Ağgöl avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,2 milyon manat ayrılacaq.
Avtomobil yolu iki min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirəcək.
Vəsait “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq.
Sərəncamın mətni bazar ertəsi dövlət başçısının saytında dərc olunub. **
X.Nəsirzadə