Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov hesab edir ki, 2035-ci ilədək əlvan və qara metal yataqlarının istismarı ilə Azərbaycanın ÜDM-nə töhfəsi 22 milyard manata yaxın təşkil edib.
“AzerGold” tərəfindən 2035-ci ilədək əlvan və qara metal yataqlarının səmərəli istismarı ilə ölkənin məcmu ÜDM-nə 21,9 milyard manat (cari məzənnə ilə $12,9 milyard) həcmində töhfə verəcək”, - Cabbarov sosial şəbəkədəki hesabında yazıb.
Həmçinin, nazir vurğulayıb ki, mədənlərin işlənməsinə 16 minədək işçi cəlb ediləcək.
Xəbər verildiyi kimi, “AzerGold”un 2020-2035-ci illər üçün inkişaf strategiyası bazasında hazırlanan Yol Xəritəsinə əsasən, cəmiyyət 2022-ci ilin sonunadək 5 qızıl yatağını, 2029-cu ilə qədər - əlavə daha 4 polimetal fizili yatağını, əsasən mis və sink yataqlarını istifadəyə verməyi planlaşdırır.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.**
N.Abbasova