Ermənistan prezidenti Armen Sarkisyan bazar ertəsi Arşak Karapetyanın Ermənistanın müdafiə naziri təyin olunması haqqında fərman imzalayıb.
Prezidentin mətbuat xidmətinin məlumatına görə, Karapetyanın müdafiə naziri vəzifəsinə namizədliyi baş nazir Nikol Paşinyan tərəfindən irəli sürülüb.
Bundan əvvəl Paşinyan Karapetyanın Ermənistan müdafiə nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. **