Azərbaycanda koronavirus infeksiyasına 431 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 344,951 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 671 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. Avqustun 2-nə ölənlərin ümumi sayı 5030 nəfərə çatıb.
Virusa yoluxmuş 333,267 min nəfər (sutka ərzində +139) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 6 654 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6,238 min (ötən gün 9,4 min test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 049,978 min test aparılıb.**
X.Nəsirzadə