Müdafiə Nazirliyi Azərbaycan Ordusuna məxsus “Ural” markalı avtomobilin Ermənistan silahlı qüvvələri tərəfindən minaatanlardan atəşə tutulması və itkilər barədə məlumatı təkzib edirlər.
“Bəzi sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus “Ural” markalı avtomobilin guya Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən minaatanlardan atəşə tutulması və itkilərin olması barədə yayılan məlumat həqiqətə uyğun deyil”, - nazirlikdən bildirilib.
Məlumata əsasən, Azərbaycan Ordusunun bütün texnikası tam tərkibdə yerindədir. **
N.Abbasova