Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 3-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Avqustun 3-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 2,0195 manat/1EUR səviyyəsində (avqustun 2-nə 2,0183 manat/1EUR) müəyyən edilib.
AMB avqustun 3-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0233 manat/1RUB səviyyəsində (avqustun 2-nə 0,0232 manat/1RUB) müəyyən edib.*
X.Nəsirzadə