Yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.
Hüseynov təsəlliverici görüşdə tunisli Lamyed Maafi ilə üz-üzə gəlib. Qarşılaşma Hüseynovun tam üstünlüyü ilə (11:1) yekunlaşıb. İdmançımız bürünc medal uğrunda erməni Karapet Çalyanla görüşüb və 4:1 hesabı ilə qələbə qazanıb.
Bununla da millimizin aktivindəki medalların sayı 3-ə çatıb. Bundan əvvəl cüdoçu İrina Kindzerska və boksçu Alfonso Dominqes bürünc mükafata yiyələnib.*
E.Şəfiyev