Təhsil Nazirliyi ümumtəhsil müəssisələrinin İT avadanlıqlarına texniki dəstək göstərilməsi işlərinə “Ultra Technologies” MMC-ni cəlb edib.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, bu şirkətlə bütün serverlərin, infrastrukturun, yardımçı sistemlərin fasiləsiz işinin təmin edilməsi; ümumi təhsil informasiya sisteminə, məktəbdənkənar müəssisələrin informasiya sisteminə, psixoloji tibbi-pedaqoji komissiyanın sisteminə texniki dəstək göstərilməsi; ümumi təhsil informasiya sisteminə yeni modulların əlavə edilməsi və mövcud modulların təkmilləşdirilməsi haqqında müqavilə bağlanıb.
Müqavilənin dəyəri 480,802 min manatdır.*
X.Nəsirzadə