İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zöhuri İranın cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olmasına yardım etməyə hazır olduğunu bildirib. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“İran səfiri iki ölkə (Ermənistan və Azərbaycan - İF) arasında sərhəd mübahisələrinin davam etməsi ilə bağlı narahatlıq ifadə edib, tərəflərin təmkinlilik nümayiş etdirməsinin və mövcud mübahisələrin sülh yolu ilə həllinin zəruriliyini bəyan edib”, - deyə məlumatda bildirilir.
Diplomat bəyan edib ki, Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsi region xalqlarının maraqlarından irəli gəlir. O, İranın bölgədə uzunmüddətli sülhün bərqərar olmasına yardım etməyə hazır olduğunu bildirib.*