Azərbaycanda koronavirus infeksiyasına 931 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 345,882 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 431 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib. Avqustun 3-nə ölənlərin ümumi sayı 5034 nəfərə çatıb.
Virusa yoluxmuş 333,492 min nəfər (sutka ərzində +225) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 7356 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10,257 min (ötən gün 6,238 min test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 060,235 min test aparılıb.*
B.Rüstəmbəyov