Avqustun 30-da “Qala Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“Səhmdarların yığıncağı avqustun 30-na çağırılıb. Yığıncaqda Cəmiyyətin Direktorlar Şurasına müstəqil üzvün seçilməsiplanlaşdırılır”, - şirkətdən qeyd edilir.
2015-ci il sentyabrın 30-da “AzReTəkrarsığorta” şirkəti “Chartis Azerbaijan” sığorta şirkətinin 100%-lik səhminin $6,5 milyona alınmasına dair sövdələşməni başa çatdırıb. Bununla əlaqədar “Chartis Azerbaijan” şirkətinin adı dəyişdirilərək “Qala Sığorta” adlandırılıb. Şirkətin nizamnamə kapitalı 8 milyon 50 manatdır.**
X.Nəsirzadə