Müdafiə Nazirliyi Azərbaycan Ordusuna məxsus pilotsuz uçuş aparatının (PUA) guya Ermənistan ərazisinə keçməsinin qarşısını alınması barədə yayılan məlumatı təkzib edir.
“Azərbaycan Ordusuna məxsus PUA-nın guya Ermənistan ərazisinə keçməsinin qarşısını alınması barədə yayılan məlumat qarşı tərəfin növbəti yalanıdır və dezinformasiya xarakteri daşıyır”, - nazirliyin məlumatında deyilir. Qeyd olunur ki, həmin istiqamətdə Azərbaycana məxsus PUA istifadə olunmayıb.
“Ermənistan tərəfi belə məlumatlar yaymaqla mövqelərimizi atəşə tutmaq kimi təxribatlarını ört-basdır etməyə və ictimaiyyəti aldatmağa çalışır. Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, - nazirlikdən bəyan ediblər. **
E.Şəfiyev