Çərşənbə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Yaponiyanın xarici işlər naziri Motegi Toshimitsu telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlığın möhləmlənməsi məsələlərini müzakirə ediblər.
“Telefon danışığı zamanı nazirlər ikitərəfli əməkdaşlıq əlaqələrinin cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər», - XİN-in məlumatında qeyd olunur.
Məlumata görə, Bayramov və Toshimitsu beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlıq imkanlarını müzakirə ediblər.
“Azərbaycan XİN başçısı yapon həmkarına işğaldan azad olunmuş ərazilərdə post münaqişə dövründə aparılan bərpa və quruculuq işləri və xarici ölkələrin, o cümlədən yapon investorların bu prosesdə iştirakı imkanları barədə ətraflı məlumat verib”, - məlumatda deyilir. **
B.Rüstəmbəyov