“SOCAR Energy Switzerland” şirkəti (SOCAR-ın İsveçrədəki törəməsi) İsveçrədə yaşıl hidrogen istehsalı zavodunun tikinti layihəsində iştirak edəcək.
“Alpiq”, “EW Hofe” və “SOCAR Energy Switzerland” şirkətlərin konsorisumu Freinbax bələdiyyəsində 10 MVt gücədək elektroliz zavodunun tikintisini plalaşdırır. Zavodun 2022-ci ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulur. Tam genişləndirkdən sonra müəssisədə illik 1-1,2 min tona qədər yaşıl hidorgen istehsal olunacaq”, - “EW Hofe” şirkətinin məlumatında qeyd olunur.
Şirkətin məlumatına görə, istehsal olunan hidrogen boru kəməri ilə Fuksberq avtomagistralında stansiyaya nəql olunacaq. Burada SOCAR hər iki istiqamətdə hidrogen yanacaqdoldurma stansiyaları quraşdıracaq.
“Freinbaxda istehsal olunan yaşıl hidrogen intensiv hərəkət şəraitində yanacaq elementlərində maksimum 200-ə yaxın kommersiya elektomobili təmin edə biləcək. Bu, illik 14 min tona yaxın hidrogen 4-oksid tullantınınqarşısını almağa imkan verəcək”, - məlumatda deyilir.
Bundan başqa, bu hidrogenin İsveçrədə digər hidrogen yanacaqdoldurma stansiyalarına çatdırılması üçün infrastruktur inşa olunacaq.
“İkinci mərhələdə layihənin tərəfdaşları hidrogenin istehsalı zamanı əmələ gələn emal olunmuş istliyin Energie Ausserschwyz şirkətinin yeni regional mərkəzləşdirilmiş istilik təchizatı şəbəkəsinə tədarük etməyi planlaşdırırlar. Bu, Hofe və Marş rayonlarında 1300-dək ev təsərrüfatını istiliklə təmin etməyə imkan yaradacaq”, - “EW Hofe” qeyd edir.
“Hazırda layihənin tərəfdaşları əhali üçün xüsusi informativ tədbirlər hazırlayırlar. Həmin tədbirlər zamanı daha ətraflı məlumat və hidrogen daşıyıcısı barədə bütün suallara cavablar veriləcək”, - məlumatda deyilir.
SOCAR İsveçrədə SOCAR brendi altnda yanacaqdoldurma məntəqələri şəbəkəsi açmaqla neft məhsullarının pərakəndə ticarəti sahəsində fəaliyyət göstərir.
SOCAR-ın “Esso Ecco Schweiz GmbH” şirkətinin səhmlərini əldə etməsinə dair saziş 2011-ci il noyabrın 16-da Sürixdə imzalanıb. “Esso Ecco Schweiz GmbH” şirkətinin səhmləri SOCAR-a $330 mln.-a başa gəlib.
Bundan başqa, “SOCAR Trading” ticarət şirkətinin mənzil-qərargahı Sürixdə yerləşir.**
N.Abbasova