Azərbaycanda koronavirus infeksiyasına 996 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 346,878 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 931 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib. Avqustun 4-nə ölənlərin ümumi sayı 5 min 39 nəfər təşkil edir.
Virusa yoluxmuş 333,694 min nəfər (sutka ərzində +202) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 8 145 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10,465 min (ötən gün 10,257 min test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 070,700 min test aparılıb.**
A.Salayeva