“Azərsu” ASC Şuşa şəhərinin içməli su təchizatında sabitliyin təmin olunması üçün mövcud qurğuların əsaslı təmiri üzrə podratçını müəyyən edib.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, “Protean Construction” ASC ilə 8 milyon 631,265 min manat dəyərində müqavilə bağlanıb.
Müvafiq işlər dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.*
B.Rüstəmbəyov