Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Ağdam rayonunda minaya düşüb. Bu barədə Ağdam Rayon Prokurorluğu məlumat verir.
“Avqustun 6-da saat 09:00 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Ağdam rayonunun Baş Qərvənd kəndinə ezam olunmuş ANAMA əməkdaşı, 1990-cı il təvəllüdlü Fərid Əliyev piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - məlumatda qeyd olunur.
Ağdam Rayon Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır. **
X.Nəsirzadə