Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər rayonu ərazisində təlim poliqonu inşa edir.
“Təlim poliqonu müxtəlif çaplı silahlardan təlim atəş çalışmalarının yerinə yetirilməsi və zirehli texnikanın təlim-məşq tapşırıqlarının icra olunması üçün inşa edilir. Poliqonun inşası çətin və yüksək dağlıq şəraitində yerləşən hərbi hissələrin şəxsi heyətinin peşəkar hazırlığının yüksəldilməsinə yönəlib”, - nazirliyin məlumatında deyilir.
Məlumata əsasən, Qoşunların hazırlıq planına əsasən, poliqonda ixtisaslı təlimatçılar tərəfindən döyüş şəraitinə tam uyğunlaşdırılıb, relyefin tələblərinə cavab verən təlim məşqləri həyata keçiriləcək.
“Müdafiə naziri general-polkovnik Zakir Həsənov Kəlbəcər rayonu ərazisində inşası davam etdirilən təlim poliqonuna baxış keçirib və müvafiq tapşırıqlar verib”, - MN-dən bildirilir. **
X.Nəsirzadə