Müdafiə naziri general-polkovnik Zakir Həsənov cümə günü Kəlbəcər rayonunda yerləşən hərbi hissələrdə olub.
“Ermənistan silahlı qüvvələrinin bölmələri ilə üzbəüz mövqelərdə 3 min metr yüksəklikdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Həsənov müdafiənin dayanıqlığı, hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yoxlayıb, komanda-müşahidə məntəqəsindən qarşı tərəfin mövqelərini izləyib”, - Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilir.
Məlumata görə, postda döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılmasını təmin etmək məqsədilə bütün lazımi şərait yaradılıb.
“Həsənov döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub”, - nazirlikdən bildirilir. **
X.Nəsirzadə