Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Laçın rayonuna alternativ dairəvi yolun tikintisinə başlayıb.
“İşğaldan azad olunmuş Laçın rayonuna, şəhərə daxil olmadan uzunluğu 23 km olan yolun tikintisinə başlanılıb”, - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müaviniHidayət Rüstəmov mətbuat konfrasındabildirib.
Onun sözlərinə görə, alternativ yeni yol iki hərəkət zolağından ibarət olacaq.
“Hazırda Laçın şəhərinə gedən yol sülhməramlıların nəzarətindədir. Bu məqsədlə biz rahat hərəkətin təmin edilməsi üçün şəhərdən yan keçən dairəvi yolun tikintisinə başlamışıq. Gələcəkdə bu istiqamətdə yeni layihələrin icrası gözlənilir”, -Rüstəmov vurğulayıb.
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev 2020-ci il dekabrın 1-də Laçın rayonunun Ermənistanın işğalından azad olunması barədə elan edib. **
E.Şəfiyev