“Azəristiliktəchizat” ASC qaz avadanlığı və ehtiyat hissələrinin satınalınmasına 207 min manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına əsasən, “Azəristiliktəchizat” “Enerji-N” MMC ilə müvafiq müqavilə imzalayıb.
Müqavilənin dəyəri 206 min 736 manatdır.
“Azəristiliktəchizat” ASC 2004-cü ildə yaradılıb və istilik təchizatı sahəsində dövlət inhisarçısıdır.**
B.Rüstəmbəyov