Azərbaycan prezidenti İlham Əliyev Qusar rayonunun Qusar–Qayakənd–Avaran–Xürəl avtomobil yolununtikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamın mətni cümə günü dövlət başçısının saytında dərc olunub.
Sərəncama əsasən, səkkiz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 5,6 milyon manat ayrılır.
Vəsait “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılır.
Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. **
E.Şəfiyev