Azərbaycan karateçisi Rafael Ağayev (75 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarında finala vəsiqə qazanıb.
Yarımfinalda Ağayev Karoli Harspatakiyə (Macarıstan) 7:0 hesabı ilə qalib gəlib.
Püşkatmaya əsasən, Ağayev B Qrupuna daxil olub. Onun rəqibləri Almaniya, Avstraliya, Qazaxıstan və İtaliyadan olublar.
Qrupda Ağayevin döyüşləri:
Ağayev – Noa Bitç (Almaniya) – 2:1
Ağayev – Çuneari Yaxiro (Avstraliya) - 5:0
Ağayev – Nurkanat Ajikanov (Qazaxıstan) - 3:2
Ağayev – Luici Busa (İtaliya) - 1:3
Rafael Ağayev 6 xal topalyıb, yarımfinala çıxaraq ikinci yerdə qərarlaşıb. **
E.Şəfiyev