Müdafiə Nazirliyi cümə günü Ermənistan silahlı qüvvələri tərəfindən Naxçıvan Muxtar Respublikası istiqamətində Azərbaycan Ordusunun mövqelərinin yenidən atəşə tutulması barədə məlumat verir.
“Cümə günü saat 12:45-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikası Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub”, - məlumatda deyilir.
Məlumata əsasən, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
“Cavab atəşi ilə qarşı tərəf susdurulub. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, - nazirlikdən qeyd olunur. **
X.Nəsirzadə