Azərbaycanda koronavirus infeksiyasına 1 min 289 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 350,605 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1 min 242 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib. İyulun 30-na ölənlərin ümumi sayı 5 min 55 nəfərə çatıb.
Virusa yoluxmuş 334,667 min nəfər (sutka ərzində +409) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 10 min 882 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 625 (ötən gün 10 min 819 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 107,190 min test aparılıb.**
A.Salayeva