Türkmənistan və Türkiyə prezidentləri Qurbanqulu Berdiməhəmmədov və Rəcəb Tayyip Ərdoğan cümə axşamı baş tutmuş telefon danışığı zamanı Türkmənistan, Azərbaycan və Türkiyə dövlət başçılarının keçiriləcək sammitinə hazırlıq məsələlərini müzakirə ediblər. Bu barədə “Biznes-Türkmenistan” Türkmənistanın rəsmi KİV-nə istinadən məlumat verir.
Söhbət zamanı Türkiyə prezidenti cari ilin avqust sayında keçirilməsi planlaşdırılan “Türkmənistan-Azərbaycan-Türkiyə” üçtərəfli sammitin keçirilməsi vaxtını çoxsaylı insan tələfatı və dağıntılarla nəticələnən Türkiyənin müxtəlif regionlarında miqyaslı meşə yanğınları ilə əlaqədar hazırki mövcud mürəkkəb vəziyyətlə əlaqədar təxirə salmağı təklif edib. Qurbanqulu Berdiməhəmmədov Türkiyə prezidentinin bu təklifini anlayışla qarşılayıb. **