DOST Agentliyi Gəncə DOST Mərkəzinin tikintisi üzrə layihə smeta sənədlərinin hazırlanması işlərinə “Qala Group” MMC-ni cəlb edib.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, “Qala Group” MMC ilə 134,844 min manatlıq müqavilə bağlanıb.
Hazırda Azərbaycanda 5 DOST Mərkəzi (4-ü Bakıda, 1-i Abşeron rayonunda) fəaliyyət göstərir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2025-ci ilədək 17 DOST Mərkəzi yaratmağı planlaşdırır. Regional DOST mərkəzləri ilə bərabər, ətraf şəhər və rayonlarda onların filalları da yaradılacaq.
Hazırda Gəncə, Sumqayıt şəhərlərində, Bərdə, Quba, Masallı, Şəki və Sabirabad rayonlarında DOST mərkəzlərinin açılması üçün layihələndirmə-tikinti işləri aparılır.*
X.Nəsirzadə