Azərbaycan Ordusunun leytenantı Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub.
“Avqustun 9-u səhər saatlarında Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı bədbəxt hadisə baş verib. Hadisə zamanı leytenant Babayev İlqar Rüfət oğlu həlak olub”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Məlumata görə, hadisənin səbəbləri araşdırılır.*
E.Şəfiyev