Sentyabrın 7-də ləğvetmə prosesində olan “Rəvan Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Bu barədə şirkətdən məlumat verilib.
Yığıncağın gündəliyinə “Rəvan Sığorta” ASC-nin nizamnamə kapitalını təşkil edən səhmlərin dövriyyədən çıxarılması məsələsi daxil edilib.
“Rəvan Sığorta” ASC-nin səhmdarları 2020-ci ilin avqust ayında şirkətin könüllü ləğv edilməsinə dair qərar qəbul ediblər.
Könüllü müraciət əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 10 mart 2021-ci il tarixli qərarı ilə “Rəvan Sığorta” ASC-yə sığorta fəaliyyətinə verilmiş lisenziya ləğv edilib.
“Rəvan Sığorta” şirkəti 1998-ci ildən Azərbaycanın sığorta bazarında fəaliyyət göstərib. Şirkətin əsas səhmdarı “Nurgün” Şirkətlər Qrupu, nizamnamə kapitalı 8 milyon 900 min 71,2 manatdır.*
X.Nəsirzadə