2021-ci ilin iyul ayında Azərbaycanda inflyasiya iyun ayında qeydə alınmış 0,5% səviyyəsində deflyasiyaya qarşı 0,9% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2021-ci ilin iyul ayında respublikada inflyasiya 0,9% təşkil edib. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,3%, qeyri-ərzaq mallarının qiymətləri 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,1% bahalaşıb”, - deyə məlumatda bildirilir.
İyul ayının sonuna Azərbaycanda orta illik inflyasiya 4,5% (2021-ci ilin iyun ayının sonuna 4,3%) təşkil edib. Ərzaq məhsulları üzrə orta illik inflyasiya 5,1%, qeyri-ərzaq malları üzrə 4,1%, xidmətlər üzrə 3,9% təşkil edib.
İqtisadiyyat Nazirliyi 2021-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiyanı 2020-ci ildə qeydə alınmış 2,8%-ə qarşı 3% səviyyəsində proqnozlaşdırır.*
X.Nəsirzadə