İpoteka və Kredit Zəmanət Fondu (İKZF) əməkdaşlarının könüllü tibbi sığortası üçün sığorta şirkəti seçir.
Seçim açıq tender üsulu ilə keçirilir.
Sığorta şirkətləri təkliflərini sentyabr ayının 24-nə qədər təqdim edə bilərlər. Tender proseduru sentyabrın 27-də baş tutacaq.
Tenderdə iştirak haqqı 300 manatdır.
Telefon: (012) 441-24-23 (195).
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimum məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.*