Azərbaycanda koronavirus infeksiyasına 1 min 736 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 354,662 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1 min 101 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 5 min 84 nəfərə çatıb.
Virusa yoluxmuş 335,771 min nəfər (sutka ərzində +435) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 13 min 807 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10,081 min (ötən gün 6,947 min test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 133,796 min test aparılıb.*