Əlahiddə Ümumqoşun Ordunun tank və mexanikləşdirilmiş birləşmələri yeni tədris dövrünə aktiv məşğələlərlə başlayıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Məşğələlərdə əsas diqqət zirehli texnikaların ekipajlarına 44 günlük Vətən müharibəsində döyüş sahəsində qazanılmış təcrübənin mənimsədilməsinə yönəldilib”, - deyə məlumatda bildirilir.
Hazırda təlim mərkəzlərində heyətlərin döyüş əməliyyatları zamanı tankları, piyadaların döyüş maşınlarını və zirehli transportyorları idarəetmə vərdişləri təkmilləşdirilir, zirehli texnikanın ərazidə təbii və süni maneələri dəf etməklə sürülməsi icra edilir, müxtəlif manevrlər və atışlar həyata keçirilir.*
E.Şəfiyev