Cari ilin yanvar-iyun aylarında işğaldan azad olunmuş ərazilərin bərpası üçün dövlət əsaslı vəsait qoyuluşu 372,1 milyon manat ($218,9 milyon) məbləğində olub.
“İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi, şəhər və kəndlərin yenidən qurulması və bərpası üçün 2021-ci ilin I yarısında dövlət büdcəsindən 372,1 milyon manat yönəldilib. Bu, cari ildə sözügedən məqsədlər üçün nəzərdə tutulmuş dövlət investisiyalarının 16,9%-ni təşkil edib”, - deyə Maliyyə Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Məlumata görə, Qarabağda infrastrukturun bərpası üçün 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat ($1 milyard 294 milyon) məbləğində vəsait nəzərdə tutulub.*
N.Abbasova