1 iyul 2021-ci il tarixinə Azərbaycanın dövlət borcu 17 milyard 352 milyon manat ($10 milyard 207 milyon) və ya ÜDM-nin 21,6%-i həcmində qiymətləndirilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
1 yanvar 2021-ci il tarixinə dövlət borcu 16 milyard 938,6 milyon manat və ya ÜDM-nin 23,4%-ni təşkil edib. Beləliklə, 2021-ci ilin yanvar-iyun aylarında dövlət borcunun nominal həcmi 2,4% artıb.
1 iyul 2021-ci il tarixinə dövlət borcunun 84,3%-i xarici borcun ($8 milyard 603,4 milyon və ya 14 milyard 625,7 milyon manat, ÜDM-nin 18,2%-i), 15,7%-i daxili borcun (2 milyard 726,3 milyon manat və ya ÜDM-nin 3,4%-i) payına düşür.
2021-ci ilin birinci yarısında xarici borcun həcmi 2,5% azalıb, daxili borc isə 36,8% artıb.
Azərbaycan hökumətinin qiymətləndirmələrinə görə, 2025-ci ildə dövlət borcunun həcmi $7,7 milyarda qədər (ÜDM-nin 14,1%-i) azalmalıdır.*
N.Abbasova