“Sumqayıt Kimya Sənaye Parkı” (SKSP) MMC “Nexia EA” QSC-ni kənar auditor qismində cəlb edib.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, şirkətlə 19,942 min manat dəyərində müqavilə bağlanıb.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri fəaliyyət göstərir.
Hazırda 24 müəssisə SKSP-nin rezidentidir. Rezidentlər layihələrə $3,2 milyard sərmayə qoymalıdırlar.*
B.Rüstəmbəyov