Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 12-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Avqustun 12-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1,9967 manat/1EUR səviyyəsində (avqustun 11-nə 1,9923 manat/1EUR) müəyyən edilib.
AMB avqustun 12-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0232 manat/1RUB səviyyəsində (avqustun 11-nə 0,023 manat/1RUB) müəyyən edib.*
B.Rüstəmbəyov