Azərbaycan Xarici İşlər Nazirliyi Kamçatkada MI-8 vertolyotunun qəzaya uğraması nəticəsində insan itkisi ilə əlaqədar Rusiyaya başsağlığı verib.
“Kamçatkada Kuril gölü yaxınlığında göyərtəsində turistlərin olduğu MI-8 vertolyotunun qəzaya uğraması nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, Rusiya xalqına dərin başsağlığı veririk”, - deyə XİN-in məlumatında bildirilir.
Xatırladaq ki, bu gün səhər saatlarında Kuril gölü yaxınlığında vertolyotun qəzaya uğraması nəticəsində 8 nəfər ölüb.*
E.Şəfiyev