2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda ÜDM 2,7% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,1% azalıb, qeyri neft-qaz sektorunda isə 5,3% artıb.
2021-ci ilin yanvar-iyul aylarında ölkədə 47 milyard 262,3 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.
ÜDM istehsalının 40,3%-i sənaye, 10,3%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3%-i nəqliyyat və anbar təsərrüfatı, 6,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,1%-i tikinti,1,8%-i informasiya və rabitə, 1,1%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,5%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,1%-ni təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 4 milyard 720,8 manata (artım 17,6%) bərabər olub.
İqtisadiyyat Nazirliyi 2021-ci ildə ÜDM-in artımını 3,4% səviyyəsində proqnozlaşdırır.
2020-ci ildə Azərbaycanda ÜDM COVID-19 səbəbindən tətbiq edilən məhdudiyyətlər və OPEC+ razılaşması çərçivəsində neft hasilatının azalması ilə əlaqədar 4,3% azalıb.*
X.Nəsirzadə