Rusiyanın “Nordwind Airlines” aviaşirkəti avqustun 18-dən Perm-Bakı istiqamətində reyslərin yerinə yetirilməsinə başlayacaq.
“Uçuşlar hər həftənin çərşənbə günləri həyata keçiriləcək. İlk uçuş avqustun 18-nə təyin olunub. Uçuş vaxtı dörd saatdır”, - deyə Bolşoye Savino hava limanından “İnterfaks-Azərbaycan” agentliyinə bildiriblər.
Reyslər “Boeing-737” avialaynerləri ilə yerinə yetiriləcək. Uçuş proqramı 18-25 avqust və 1 sentyabr-28 oktyabr tarixlərini əhatə edir.*
N.Abbasova