2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda istehlakçılar ümumilikdə 505,4 milyon manat məbləğində (cari məzənnə ilə $297,3 milyon – İF) əczaçılıq məhsulları və tibbi ləvazimatlar alıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində əczaçılıq məhsulları və tibbi ləvazimatların satışından gəlirlər 2,2% təşkil edib.
Ötən ilin analoji dövrü ilə müqayisədə əczaçılıq məhsulları və tibbi ləvazimatların satışından əldə edilən gəlirlər 31,3% artıb.
Azərbaycanda əczaçılıq məhsullarının satışının artımı COVID-19 infeksiyası ilə əlaqədardır.
Ötən il respublikada əczaçılıq məhsullarının pərakəndə satış həcmi 528,1 milyon manat ($310,6 milyon) təşkil edib.*
B.Rüstəmbəyov