Azərbaycanda koronavirus infeksiyasına 2 min 674 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 359,732 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2 min 396 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 5 min 109 nəfərə çatıb.
Virusa yoluxmuş 337,021 min nəfər (sutka ərzində +576) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 17 min 602 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 min 575 (ötən gün 13 min 792 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 164,163 min test aparılıb.*
X.Nəsirzadə