Bakıda Azərbaycan, Pakistan və Türkiyənin xüsusi təyinatlı qüvvələri nümayəndələrinin iştirakı ilə “Üç Qardaş - 2021” birgə təliminin yekun planlaşdırılması konfransı keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Tədbirdə təlimin proqramı, məqsədi, qarşıya qoyulan tapşırıqlar, iştirakçıların sayı və digər təşkilati məsələlər dəqiqləşdirilir”, - deyə məlumatda qeyd olunur.
“Üç Qardaş - 2021” beynəlxalq təliminin dost və tərəfdaş ölkələrin hərbi qulluqçularının sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılması üçün əlverişli mühitin yaradılmasına müsbət təsir göstərəcəyi qeyd olunub.*
X.Nəsirzadə