Prezident İlham Əliyev “Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında” Sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
“Bu mükafatlar Azərbaycan Respublikasının idmançılarını və onların məşqçilərini həvəsləndirmək məqsədi daşıyır”, - deyə Sərəncamın mətnində qeyd olunur.
Mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib: ikinci yeri tutan hər bir idmançıya 200000 manat, onun məşqçisinə 100000 manat; üçüncü yeri tutan hər bir idmançıya 100 000 manat, onun məşqçisinə 50000 manat.
Tokioda keçirilən XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları 7 medal (3 gümüş, 4 bürünc) qazanıblar.*
E.Şəfiyev