Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvan və Gədəbəy istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini yenidən atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
“Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 12-si saat 17:40-dan 20:55-dək Vedi rayonunun Arazdəyən, Çəmbərək rayonunun Çəmbərək, Ttucur yaşayış məntəqələrində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad, Gədəbəy rayonunun Zamanlı yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini mütəmadi olaraq iriçaplı silahlardan, həmçinin snayper tüfənglərindən də istifadə etməklə atəşə tutub”, - deyə məlumatda bildirilir.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.*
X.Nəsirzadə