Azərbaycan “OPEC+” razılaşması üzrə götürdüyü öhdəliklər çərçivəsində avqustun 1-dən etibarən gündəlik xam neft hasilatını hər ay təxminən 7 min barel artıracaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“Qeyd edək ki, avqustun 1-dən etibarən “OPEC plus” ölkələri nazirlərinin ötən ay keçirilmiş 19-cu iclasında qəbul edilən yeni “Əməkdaşlıq Bəyannaməsi” qüvvədədir. Yeni razılaşmaya görə, avqustdan başlayaraq “OPEC plus” ölkələrinin hər ay gündəlik xam neft hasilatını 400 min barel artırması planlaşdırılır. Bu qərarın qüvvədə olduğu müddətdə Azərbaycan gündəlik xam neft hasilatını hər ay təxminən 7 min barel artırmaq imkanı əldə etmiş olacaq”, - deyə məlumatda bildirilir.*
N.Abbasova