Avqustun 13-də Azərbaycan Ordusunun tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri keçirilir. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Məşğələlər zamanı nəzəri biliklərini təkmilləşdirən tank heyətləri təhlükəsizlik qaydalarını öyrənir. Sonra hərbi qulluqçular döyüş maşınlarının idarə olunması vərdişlərinin təkmilləşdirilməsi üzrə məşğələlərə başlayır və praktiki atışlar icra edir”, - deyə məlumatda bildirilir.
Məşğələlər 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq keçirilir.*
E.Şəfiyev