Prezident İlham Əliyev Türkiyədə baş vermiş sel fəlakəti nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
“Kastamonu, Sinop və Bartında baş vermiş sel fəlakəti nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”, - deyə dövlət başçısının saytında dərc olunmuş başsağlığı məktubunun mətnində bildirilir.
Qeyd edək ki, Türkiyədə baş vermiş sel fəlakəti zamanı ən azı 27 nəfər həlak olub.*