Antalya-Bakı marşrutu üzrə reysin yerinə yetirilməsinə hazırlaşan “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin “Airbus A320” təyyarəsi texniki səbəblərə görə dayanacağa qayıdıb. Bu barədə AZAL-ın rəsmi Facebook səhifəsində məlumat verilib.
“Sərnişinlərin daşınması üçün Bakıdan başqa təyyarə göndəriləcək. Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcək”, - deyə məlumatda qeyd olunur.*
A.Salayeva