Azərbaycanda 2,3 milyondan çox şəxs koronavirus (COVID-19) əleyhinə iki mərhələ üzrə vaksinasiya olunub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
Avqustun 14-nə olan məlumata görə, 3 milyon 380,387 min nəfər birinci, 2 milyon 358,955 min nəfər ikinci mərhələ üzrə vaksinasiya olunub.
Vurulan vaksinlərin ümumi sayı 5 milyon 739.342 min təşkil edir.
2021-ci il iyunun 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 135,272 min nəfərdir. Beləliklə, avqustun 14-nə əhalinin 23,3%-i tam vaksinasiya olunub.
Azərbaycanda vaksinasiya prosesinə 2021-ci il yanvarın 18-dən başlanılıb və könüllü xarakter daşıyır. Ölkədə vaksinasiyanın 2021-2022-ci illərdə mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır.
Hazırda Azərbaycanda “CoronaVac”, “AstraZeneca”, “Sputnik V” və “Pfizer” peyvəndlərindən istifadə edilir.*
A.Salayeva